Göygöldə sərxoş sürücü avtomobili aşırıb

Göygöldə yol qəzası baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun mərkəzində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü İmanov Amil Telman idarə etdiyi “VAZ 2103” markalı avtomaşınla hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb və yol kənarına aşıb. Nəticədə sürücü xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti hazırda orta-ağırdır.

Faktın təfərrüatları araşdırılır. Bildirilir ki, sürücü avtomobili idarə edərkən sərxoş olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *