Heydər Əliyev Fondu şəhid oğlunun müalicəsinə dəstək oldu

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi Tərtər rayonu, Təzəkənd sakini Elxan Mehdiyevin müalicəsinə dəstək göstərəcək.

Bu barədə Trend-ə Fonddan məlumat verilib.

Qeyd edək ki, 1992-ci ildə Ağdərə rayonu uğrundakı döyüşlərdə şəhid olan Elman Mehdiyevin oğlu Elxan Mehdiyev kəskin bronxial astmadan əziyyət çəkdiyindən müalicəsinə kömək göstərilməsi üçün müraciət edib.

Elxan Mehdiyev hazırda Tərtərdə ağır mənzil-məişət şəraitində yaşadığından Heydər Əliyev Fondu ailə üçün qısa müddətdə yeni evin inşasını da həyata keçirəcək.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *