Məktəblini fiziki qüsurlu şəxslə evləndirmək üçün qaçırdılar – Polis şübhəlini yaxaladı

Goranboy rayonunda qaçırılan 11-ci sinif şagirdi tapılıb.

Rayonun Hazırəhmədli kəndində qaçırılan 16 yaşlı E.M. ailəsinə təhvil verilib.

Polisin apardığı axtarış nəticəsində məlum olub ki, qız qaçırılaraq Ağstafa rayonuna aparılıb. Qızı qaçırmaqda şübhəli bilinən İlqar Mehdiyev saxlanılıb.

Qeyd edək ki, sentyabrın 17-də E.M. mağazadan qayıdarkən Hazırəhmədli və Ağamalıoğlu kənd sakinləri tərəfindən fiziki qüsurlu oğlanla evləndirilmək məqsədilə qaçırılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *