Kredit təşkilatına saxta qızıl təqdim edən şəxlər tutulub

Median.Az xəbər verir ki, sentyabrın 20-də Ağcabədi şəhərində kredit təşkilatına gəlmiş Ağdam rayon sakini E.Xəlilov və Gəncə şəhər sakini S.Əliyev qızıl-zinət əşyalarının müqabilində pul götürmək istədiklərini bildiriblər.

Onlar saxta qızıl əşyalarını təqdim edərək pul götürmək istəyərkən Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma zamanı, S.Əliyevin CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olması məlum olub.

RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *