Pakistanda baş verən zəlzələ zamanı 38 nəfər həlak olub, 646 nəfər yaralanıb – YENİLƏNİB

Pakistanda baş vermiş zəlzələ zamanı ölənlərin sayı 38 nəfərə çatıb.

Median.Az xəbər verir ki, bu barədə TASS ölkənin Təbii Fəlakətlərlə Mübarizə üzrə Milli İdarəsinə istinadən məlumat yayıb.

Məlumata görə, zəlzələ zamanı həmçinin 646 nəfər xəsarət alıb.

Qeyd edilir ki, təbii hadisə nəticəsində 454 ev tamamilə və qismən dağılıb.

“Fövqəladə vəziyyət nəticəsində Mirpur və Bhimder şəhərlərini birləşdirən körpü dağılıb”, – deyə idarədən bildirilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *