MMA döyüşçüsü beyin xəstəliyindən öldü

Amerikalı qadın MMA döyüşçüsü Keti Kolins 32 yaşında vəfat edib.

Median.Az xəbər verir ki, onun ölümünün səbəbi beyin anevrizması olub.

İdmançının vəziyyəti sentyabrın 20-də pisləşib. O, insult keçirib və sentyabrın 25-də ölüb. Kolins iki oğlan uşağı böyüdürdü. Onun ölümü barədə məşqçisi Cey Ti Tili “Facebook” hesabında məlumat verib.

Qeyd edək ki, MMA-da “Qırmızı Əjdaha” ləqəbi ilə tanınan Keti Kolins əvvəl “Bellator” kimi tanınmış turnirdə iştirak edib. Onun MMA-da 12 görüşü olub. Mərhum bunlardan yeddisində qalib gəlib, beşində uduzub. Onun sonuncu döyüşü ötən ilin iyununda olub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *