Sabirabad sakinindən çətənə və marixuana götürülüb

Median.Az xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yastıqobu kənd sakini A.Abışova məxsus həyətyanı sahədən, kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu, habelə yardımçı təsərrüfatdan 2 kq. 260 qram marixuana aşkar edilib.

RPŞ İstintaq bölməsində cinayət işi başlanılıb.