Sumqayıtda 29 yaşlı gənci qətlə yetirənin kimliyi məlum olub

Ötən gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsinin Fərrux Qayıbov küçəsində 1990-cı il təvəllüdlü Eldarov Şəhriyar Azad oğlunun bıçaqlanaraq öldürülməsində şübhəli bilinən şəxs müəyyənləşdirilib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Mətləb Qədirov tutularaq istintaqa təhvil verilib.

Qeyd edək ki, faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *