Göygöldə yol qəzasında 5 nəfər ölüb

Median.Az xəbər verir ki, sentyabrın 27-i saat 23 radələrində Quşqara kəndində, Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomaşınına vurub.

Nəticədə B.İbrahimzadə və sərnişinləri – Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.

Göygöl RPŞ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *