Yasamalda qadını öldürən 2 nəfər tutulub, daha 1 nəfər axtarışdadır

Median.Az xəbər verir ki, sentyabrın 23-ü saat 22 radələrində Yeni Yasamal-1 yaşayış sahəsində vətəndaş Maya Kərimovanın, üzərində zorakılıq əlamətləri olan meyitinin yaşadığı evdə tapılması barədə Yasamal RPİ 29-cu polis şöbəsinə məlumat daxil olub.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə M.Kərimovanın Lənkəran rayon sakinləri H.Nəsirli və əvvəllər məhkum olunmuşlar – F.Axundov, R.Quluzadə tərəfindən bıçaqla qətlə yetirilməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quluzadə və H.Nəsirli saxlanılıb, digər şəxsin tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Yasamal rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılılıb.