Xətai rayonunda vətəndaşdan 2000 manat tələb edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Xətai RPİ 34-cü polis şöbəsinə müraciət edən Bakı şəhər sakini S.Zülfüqarov sentyabrın 17-də onu hədələyən şəxsin 2000 manat verməsini tələb etməsini bildirib.

Müraciətlə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən paytaxt sakini R.Həsənov saxlanılıb.

Xətai RPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *