Tərtərdə 52 yaşlı kişi itkin düşüb – FOTO

Tərtər rayonunda məskunlaşan məcburi köçkün itkin düşüb.

Median.Az-ın report-a istinadən məlumatına görə, rayonun Çaylı qəsəbəsində müvəqqəti məskunlaşan 1967-ci il təvəllüdlü Rizvan Nəriman oğlu Mirzəliyev bir neçə gün əvvəl evdən çıxaraq geri qayıtmayıb. Bu səbəbdən qohumları onun axtarışına başlayıblar.

R.Mirzəliyevin itkin düşməsi barədə Tərtər Rayon Polis Şöbəsinə məlumat verilib. Polis şöbəsində R.Mirzəliyev barədə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *