Ağstafada əmioğluların davası xəstəxana və polislə nəticələndi

Ağstafa rayonunda 54 yaşlı kişi qohumu tərəfindən döyülüb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Köhnəqışlaq kəndində qeydə alınıb.

Kənd sakini Abbasov Şaiq Şamil oğlu əmisi oğlu tərəfindən döyülüb.

O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumatlara görə, yaralının vəziyyəti orta-ağırdır.

Ş.Abbasovu döyən şəxs saxlanılıb.

Fakt araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *