Bakı-Təbriz-Bakı aviareysi bərpa olunub

Bakı-Təbriz-Bakı aviareysi bərpa olunub.

Median.Az-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov deyib.

Səfir Təbriz Ticarət Palatasının sədri Yunis Jaelə ilə görüşü zamanı bildirib ki, nəqliyyat sahəsi İranla Azərbaycan arasında əməkdaşlığın prioritet istiqamətlərindəndir.

Qeyd edək ki, Bakı-Təbriz-Bakı reysi bu ilin yanvarında işə düşmüş və avqust ayınadək həyata keçirilmişdi. Uçuşları “İran AIR” aviaşirkəti həyata keçirib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *