Ucarda balıq tutan şəxsi elektrik cərəyanı vuraraq öldürüb

Ucar rayonunda 28 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.

Median.Az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Qaracallı kəndində baş verib.

Kənd sakini 1991-ci il təvəllüdlü Alı Zahid oğlu Umudov kənd ərazisindən keçən kanaldan elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən, ehtiyatsızlıqdan onu cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *