Xaçmazda piyadanı avtomaşın vurub

Xaçmazda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

“Daewoo” markalı avtomaşın Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Rəfiqə Əliyevanı vurub. Xəsarət alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *