Türkanda “Mercedes” elektrik dirəyinə çırpılıb, sürücü ölüb

Median.Az xəbər verir ki, oktyabrın 3-ü saat 17 radələrində Türkan qəsəbəsi ərazisində, qəsəbə sakini Yengibar Nəsirov idarə etdiyi “Mercedes” markalı avtomobili elektrik dirəyinə vurub.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *