Ermənistanda qətl: üç ölü, beş yaralı

Oktyabrın 4-də Ermənistanın Vanadzor rayonunda silahlı insident baş verib.

Median.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər – Andranik Ohanyan, Hor Qriqoryan və David Ohanyan – ölüb, beşi isə yaralanıb.

Hadisə yerindən seriya nömrəsi silinmiş “Makarov” tapançası tapılıb.

Əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində məlum olub ki, mübahisə zamanı 46 yaşlı kişi “Makarov” tapançasından oradakı şəxslərə atəş açıb.

Qətli törədən Vanadzor sakini saxlanılıb. O cinayəti törətdiyini etiraf edib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *