Binəqədi rayonunda 3 evdən oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 43-cü polis bölməsinin əməkdaşları tərəfindən paytaxt sakini R.Meybullayev saxlanılıb.

Araşdırma zamanı məlum olbu ki o, avqustun 23-dən sentyabrın 20-dək olan müddətdə rayon ərazisindəki 3 evdən noutbuk, mobil telefon, elektrik naqili, geyim və bəzək əşyaları oğurlayıb.

Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *