Bakıda qonşuların davasında gənc oğlan bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Median.Az xəbər verir ki, Əmircan qəsəbəsi, Q.Quliyev küçəsində qonşular arasında baş verən mübahisə zamanı 1992-ci il təvəllüdlü Hüseynzadə Aqşin Musa oğlu bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.//apa.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *