Samuxda avtomobil piyadanı vurub

Samux rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Çobanabdallı kəndində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Ulikbek Şamxəlil oğlu Həsənov öz avtomobilindən düşərək yolu keçərkən onu avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *