Saatlıda bıçaqlanma olub

Saatlı rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, Saatı rayonunun Mircəlal kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Semirzə Salam oğlu bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına daxil olub. Yaralı əməliyyat olunub.

Onun kim tərəfindən və hansı şəraitdə bıçaqlandığı bəlli deyil.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *