Gəncədə velosipeddən yıxılan gənc xəsarət alıb

Gəncədə velosipedin aşması nəticəsində gənc yıxılaraq xəsarət alıb.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin Nəriman Nərimanov prospektində baş verib.

Belə ki, Tovuz rayon sakini, 1993-cü il təvəllüdlü Xanməmmədov Allahverdi Xanlar oğlu sözügedən küçədə velosiped sürən zaman idarəetməni itirib. Nəticədə gənc oğlan qazılmış quyuya düşüb.

Yaralı dərhal xəstəxanaya yerləşdirlib. Xəstəyə alının, burunun, sifətin, üst dodağın əzilmiş, cırılmış-kəsilmiş yaraları və diş düşməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Qeyd edək ki, hadisə baş verən küçədə quyu su kanalizasiyası xətlərinin təmiri ilə əlaqədar qazılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *