Bərdədə yolu keçmək istəyən qadını avtomobil vurub

Bərdədə avtomobil piyadanı vurub.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə Bərdə rayon Gərənə kəndində baş verib. Belə ki, yolu keçmək istəyən Bərdə rayon Cəyərli kənd sakini 1963-cü il təvəllüdlü Hüseyinova Şöylə Haqverdi qızını “Mercedes” markalı minik avtomobili vurub.

Xəsarət alan Ş.Hüseyinova Təcili Tibbi Yardım Briqadasının köməkliyilə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *