Yeni Günəşlidə piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, oktyabrın 22-i saat 13 radələrində Yeni Günəşli qəsəbəsində, müəyyən edilməmiş avtomobillə qəsəbə sakini G.Kazımova vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Ford” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini R.Yusifova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.