Yasamalda 32 yaşlı kişini öldürən keçmiş məhkum tutuldu

Bakıda qətl hadisəsi törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Median.Az
xəbər verir ki, hadisə ötən gün paytaxtın Yasamal rayonu ərazisində baş verib.

Belə ki, 1987-ci il təvəllüdlü Daxil Allahyarov naməlum şəxs tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən 1977-ci il təvəllüdü, əvvəllər məhkum edilmiş E.Səfərov saxlanılıb.
Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.//ölkə.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *