Bakıda daha bir kişi maşını ilə yoxa çıxdı

Bakıda 29 yaşlı kişi maşını ilə birgə itkin düşüb.

Hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

1990-cı il təvəllüdlü Abbasov Rövşən Ramazan oğlu oktyabrın 17-də idarə etdiyi “KİA” markalı, 85 DN 564 dövlət nömrə nişanlı avtomobili ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bununla bağlı onun atası polisə müraciət edib.

Fakt araşdırılır.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *