Qadın yoxa çıxdı, əri onu axtarır

Bakıda 32 yaşlı qadın itkin düşüb.

Hüquq-mühafizə orqanlarından oxu.az-a verilən məlumata görə, paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi ev 58 ünvanında yaşayan 1987-ci il təvəllüdlü M.Salmanova evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə onun həyat yoldaşı, 1980-ci il təvəllüdlü Salmanov Əfqan hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *