Ağstafada qəza olub, xəsarət alanlar var

Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Median.Az-ın report-a istinadən məlumatına görə, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb. Qəza nəticəsində “VAZ” markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri – 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.

Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb.

Hadisə nəticəsində həmçinin bir neçə avtomobilə də zərər dəyib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *