Qaradağ rayonunda 25 yaşlı gənc döyülərək ağır xəsarət alıb

Bakıda döyülmə hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1994-cü il təvəllüdlü Camalzadə Qurban İlham oğlu naməlum şəraitdə döyülüb. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona ağır kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əziyi diaqnozları qoyulub.

Hadisə ilə bağlı polisə məlumat verilib.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *