Ağstafada bir neçə maşını vuran şəxs “aradan çıxdı”

Ağstafa rayonunda yüksək sürətlə hərəkətdə olan avtomobil bir neçə maşına çırpılıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Qəza nəticəsində VAZ markalı avtomobillərin birində olan, Ağstafa rayon sakinləri – 1985-ci il təvəllüdlü Leyla Əfəndiyeva və atası, 1951-ci il təvəllüdlü Maqsud Əfəndiyev həyəcan və yüngül ağrılar səbəbindən xəstəxanaya müraciət ediblər.

Qeyd edək ki, qəzanı törədən avtomobil hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *