Nərimanovda qadının pulqabısını oğurlayan şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Əliyevanın, içərisində 1150 manatı və sənədi olan pulqabısını oğurlayan Abşeron rayon sakini E.Kərimov saxlanılıb.

Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *