Bakıda “cavan Qartal” 15 yaşlı qızı qaçırdı

Paytaxtın Qaradağ rayonunun 15 yaşlı sakini yeniyetmə oğlan tərəfindən qaçırılıb.

Bununla bağlı oxu.az-a rayon Polis İdarəsindən məlumat verilib.

Oktyabrın 28-də 1981-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini R.Kazımov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bazar ertəsi, saat 00:20 radələrində 2004-cü il təvəllüdlü qohumu evlənmək məqsədilə Qartal adlı şəxs tərəfindən qaçırılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində 10-cu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan qızı qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Həmin şəxs 2002-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini Qartal Mirzəyev olub. Polislər qızı evinə qaytarıblar.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *