Şabranda teplovoz yanıb

Şabranda yanğın olub.

Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şabran şəhəri Nizami küçəsində, Biləcəri Lokomotiv Deposuna məxsus “TEM-27661” markalı teplovozda baş verib.

Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və daha geniş əraziyə keçməsinin qarşısı alınıb. Teplovozun mühərrik hissəsi qismən yanıb.

Yanğının səbəbləri araşdırılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *