Bakıda avtomobil vuran restoran işçisinin ayağı sınıb

Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə “Bursa” restoranının yaxınlığında qeydə alınıb. Belə ki, BMW markalı minik avtomobili “Bursa” restoranının motosikletlə hərəkətdə olan kuryer əməkdaşı, 1961-ci il təvəllüdlü Göyüşov Məmməd Sabir oğlunu vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona ayağın sınığı, üzün əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *