Hacıqabulda avtomobil 58 yaşlı kişini vurub

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, “QAZ 3110” markalı avtomobil yolu keçən Tovuz rayon sakini, 1961-ci il təvəllüdlü Əmiraslanov Ramiz Camal oğlunu vurub. Baş nahiyəsindən xəsarət alan piyada Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.