Oğuzda şagird dərs zamanı yaralandı

Oğuzda şagird dərs zamanı xəsarət alıb.

Hadisə şəhər 3 saylı məktəbdə qeydə alınıb.

VI sinif şagirdi Elnarə Şəfiyeva idman dərsində qaçarkən ehtiyatsızlıqdan futbol qapısının dəmir dirəyinə çırpılıb.

Ağır xəsarət alan qız xəstəxanaya çatdırılıb.

Onun baş nahiyəsindən xəsarət aldığı bildirilir.
/oxu.az/

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *