Nəsimi rayonunda avtomobillər qaçıran şəxslər tutulub

Median.Az xəbər verir ki, Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Əlverdiyevə məxsus “Niva” markalı avtomobili qaçıran Şəki şəhər sakini N.Quliyev və Ağsu rayon sakini S.Hüseynov saxlanılıblar.

Araşdırma zamanı, onların Ağsu rayon sakini Ə.Rəhimovla birgə R.Xəlilova məxsus “VAZ-2106” markalı avtomobili qaçırmaları məlum olub.

Cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *