Bakıda avtomobil 49 yaşlı kişini vurub

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində yerləşən 1 saylı Vərəm Əleyhinə Dispanserinin qarşısında qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlu yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *