
Gürcüstanın Batumi şəhərindəki şahmat üzrə komandalararası Avropa çempionatında bu gün VIII turun görüşləri keçiriləcək.
Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla qarşılaşacaq. Qadın millisi isə Fransa ilə üz-üzə gələcək.
Görüşlər saat 15:00-da başlanacaq. İlk yeddi turdan sonra xal durumu belədir:
Kişilər: 1. Rusiya – 12, 2-4. Ukrayna, İngiltərə, Almaniya – 11, 5. Sloveniya – 10, 6-8. Ermənistan, AZƏRBAYCAN, Xorvatiya – 9 xal.
Qadınlar: 1. Rusiya – 13, 2. Gürcüstan – 11, 3-5. AZƏRBAYCAN, Ukrayna, Ermənistan – 10, 6-8. Fransa, İtaliya, Türkiyə – 9 xal.
Leave a Reply