Şabranda yol qəzasında ər-arvad ölüb

Median.Az xəbər verir ki, oktyabrın 31-i saat 16 radələrində Şabran rayonunun Ağalıq kəndi ərazisində, rayon sakini Vasif İsmixanovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini Ş.Şirvanlının idarə etdiyi “Hyundai HD72” markalı yük avtomaşınları toqquşub.

Nəticədə “VAZ-2106” markalı avtomobilin sərnişini, sürücünün arvadı Könül İsmixanova hadisə yerində, özü isə yerləşdirildiyi xəstəxanada ölüblər.

DİN Baş İstintaq və Təhqiqat İdarəsində faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *