Bakıda 25 yaşlı gənci maşın vurub

Abşeronda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə Masazır qəsəbəsində “Əyləncə” meydanı adlanan ərazidə qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Mirzəyev Ruslan Razim oğlu yolu keçmək istəyərkən maşın vurub. Ona beyin silkələnməsi diaqnozu qoyulub.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *