Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 3-də saat 21 radələrində Goranboy rayonunun Muzdurlar kəndi ərazisində Tovuz rayon sakini Röyal Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//milli.az

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *