Biləsuvarda quldurluq edən şəxslərdən biri saxlanılıb

Median.Az xəbər verir ki, Biləsuvar RPŞ-yə müraciət edən Aşağı Curəli kənd sakini M.Məmmədov, oktyabrın 31-nə keçən gecə evinin həyətinə gəlmiş 2 nəfərin onu döyüb 1750 manat pulunu və mobil telefonunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Pərviz Babayev saxlanılıb, cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti
müəyyən edilib.

RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *