Bakıxanovda naməlum sürücü piyadanı vurub qaçdı

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Median.Az oxu.az-a istinadən xəbər verir ki, qəza Bakıxanov qəsbəsində baş verib.

Minik avtomobili 1974-cü il təvəllüdlü Əliyev Nazim Ərdəfil oğlunu vurub.

Sürücü hadisə yerindən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *