İçərişəhərdə quldurluq edən şəxs saxlanılıb

Median.Az xəbər verir ki, Səbail RPİ 9-cu polis bölməsinə müraciət edən Bakı şəhər sakini C.Rüstəmbəyli, noyabrın 2-də İçərişəhərdə, evlərdən birinin qarşısında naməlum şəxsin bıçaqla hədələyib, ondan 200 manat pulunu aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş O.Tağıyev saxlanılıb.

Səbail RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *