Sumqayıtda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Sumqayıtda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın APA-ya istinadən məlumatına görə, şəhər ərazisində iki minik avtomobili toqquşub. Qəza nəticəsində 1990-cı il təvəllüdlü Axundzadə Arzu Nurəddin oğlu, 2014-cü il təvəllüdlü Axundzadə Hüseyn Cavid oğlu və onun bacısı, 2012-ci il təvəllüdlü Axundzadə Fatimə Cavid qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *