Ağcabədi sakinindən narkotik və silah götürülüb

Median.Az xəbər verir ki, Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Salmanovun evindən 100 qram heroin, 100 qram marixuana, metamfetamin, habelə paslanmış vəziyyətdə “Makarov” markalı tapança və 1 ədəd tapançaya bənzər qaz silahı götürülüb.

RPŞ İstintaq bölməsində faktla bağlı cinayət işi başlanılıb.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *