Nərimanovda piyadanı vurub, qaçan sürücü saxlanılıb

Median.Az xəbər verir ki, noyabrın 1-də S.Vurğun küçəsində, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini C.Quliyeva vurulub.

Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov RPİ 16-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə yerindən yayınan “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *