Tərtərdə minik avtomobili traktora çırpıldı, sərnişin öldü

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Median.Az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpıb.

Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *